ice berg

ice berg Sevgi 12-02-2023, 21:21

Biri vardır...

Biri vardır...
Gəl birlikdə böyüyək,birlikdə bir-birimizin yaralarını saraq.Birlikdə həyatın hər bir çətinliyinə göğüs gerek. Həyatdakı bütün xoşbəxtlikləri,hətta mutsuzlukları belə birlikdə yaşayaq,birlikdə əllərimiz buruşsun,birlikdə yaşlanaq🤍





Məsələn biri vardır, çox uzaqdadır amma ruhu ruhuna sarılıdır. Biri vardır ruh əkizindir. Heç kimlə paylaşmadığın ən gözəl şeylərini paylaşarsan onunla. O anlayar sadəcə səni. Şükür edərsən, sonra “yaxşı ki” deyərsən, “yaxşı ki çıxdı qarşıma”. Nə bilim çox insan vardır saxta üzlü, yalan sözlü. Amma o biri var ki, uzaqda ola-ola qəlbi yaxındır sənə.💙



Məni yaşa, məni anla. Xəyal dəftərinə məni də yaz. Boynundan bir az qoxu sürt ovuclarıma, bir təbəssüm burax dodağıma. Niyə doğulduğumuzu boş ver mənə necə yaşayacağımı göstər; mənə yaşamağı öyrət. Sarıl, qoxla, məni sən oyandır. Maddələr deyildir insanı önəmli qılan, məni mənalar halında sev. Nə isəm elə, necəyəmsə elə. Məni sənlə gözəlləşdir, çox gözəl görünərəm göz çevrəndə. Kirpiklərinə al gizlə, gözünü qırpma, qapatma. Mənə bax, məni sev, məni sənləşdir.. Daha gözəl şey bilmirəm bu dünyada, qəlbim şahid.💛


Biri vardır...


Elə biri gələcək, sənə sarılması ilə sağaldacaq bütün yaralarını.. Elə biri gələcək, gözünün içinə bir dəfə baxsa, alıb-götürəcək gözlərinin içindəki qəmi, kədəri.Elə biri gələcək, həyatın boyu arzuladığın hüzuru çiyinlərində, qollarında tapacaqsan.Elə biri gələcək ki, gəlişi ilə radioda təsadüfən eşidib, zövq aldığın musiqinin həzzindən, uzun zamandır axtarıb tapa bilmədiyin bir kitabı ikinci əl kitabların satıldığı bir mağazada görəndə için içinə sığmayan sevincdən daha çox xoşbəxt edəcək səni.♥️


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
558 529 496 509 499 529

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.