Ulya

Ulya Şeirlər 28-07-2017, 02:55

Bilərsən?

Bilərsən?
Bilərsən?

Sənsizkən gözümdən yağdı yağışlar
Geriyə qayıdıb silə bilərsən?
Yoxluğun ömrümə gətirdi əzab
Nələr çəkdiyimi bilə bilərsən?



Qəribə acıyla bürünüb canım
Sağ yanım diridi, ölüb sol yanım
Dərman almaq üçün yoxdu imkanım
Dəva olsun deyə gülə bilərsən?




Çoxlu əzab qoyur tərk edib gedən
Bu eşqin qəminə bürünmüşəm mən
Səsləsəm qayıdıb uzaqlardan sən
Dərdimi mənimlə bölə bilərsən?




Qəlbimdə adını yazdım dərinə
Mən könül vermərəm başqa birinə
Çağırsam o köhnə görüş yerinə
Yenə nazlı-nazlı gələ bilərsən?




Sən günəş mənsə qar, əritdin qarı
Sənə yar söylədim, sən qoydun yarı
Mənimtək bu eşqin uğrunda barı
Sağikən min dəfə ölə bilərsən?


Redaktə etdi: Lola

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
672 678 622 589 579 645

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.