Möhtəşəm sevgi
"Bəzən həqiqətən də möhtəşəm sevgilər olur, deyim mi sizə niyəsini? Çünki onu gözəl etməyə çalışanlar olur. Heç nə birdən birə gözəlləşməz, gözəlliklər qurban tələb edər`i də boşuna deməyiblər. Bəzən baxışlar. bəzən kiçik süprizlər, bəzən bir neçə cümlə iki insanın arasında möhkəm zəncirə çevrilər. Odur ki, əgər hər zaman mükəmməl sevgiyə sahib olmaq istəyirsizsə, bəzən qurban da verin bişeyləri. Bəzən yuxunuzdan kəsin, bəzən zamanınızdan, bəzən bir gül alıb ürəyinizdən keçirdiyini bildirin. İnsanın ki bunlar insanı əvəz oluncaq qədər gözəl hisslərlə boğur, xoşbəxtlik verir. Çünki əziyyət var, istək var, sevgi və ən əsası hörmət var. İstəksiz, hərəkətsiz, həvəssiz, əziyyətsiz olan heç bir şey gözəlləşməz, irəliləməz. Gün olar biraz gec yatarsan, gün olar biraz işə gecikərsən, hətta gün olar haqlı Sən olsan belə üzr istəyərsən. Amma bilərsən ki mükəmməl bir sevgiyə sahibsən. Çünki gün gələcək Ailəyə aparacaq həmin Sevgi. Belə özəlliklərə görə də bəzən nələrisə qurban vermək lazımdır."







