Ulya

Ulya Mətbəx 28-07-2017, 01:25

Şəkər Çörəyi

Şəkər Çörəyi
Şəkər Çörəyi

Ərzaqlar: ( 8 ədəd üçün)

Un – 200 qr.
Kərə yağı – 100 qr.
Yumurta – 1 ədəd
Şəkər kirşanı – 150 qr.
Duz – bir çimdik
Vanilin – 1 paket


Hazırlanması:

Kərə yağı bir qədər əridilir. Üzərinə şəkər kirşanı tökülür və mikserdə 10 dəqiqəyə yaxın çalınır. Yumurtanın ağı sarısından ayrılır. Ayrıca bir qabda ağının içinə bir çimdik duz atırıq və mikserdə 3 dəqiqə – ağarana kimi çalırıq. Sonra bu ağı yağlı kütlənin üzərinə tökürük və miksərlə tam həll olana kimi qarışdırırıq, vanilin əlavə edilir, ən sonda isə ələnmiş un kütlənin üzərinə tökülür, qaşıqla qarışdırılır və sonra əllə xəmir yoğrulur. Yumşaq və hamar xəmir alınmalıdır. Onu 8 kündəyə bölürsünüz və əlinizlə təpəciyə oxşar forma verirsiniz, kağız salınmış listə düzürsüz. Təpəsinə yumurta sarısı vurursuz və əvvəlcədən isidilmiş sobada 175 dərəcədə 20-25 dəqiqə bişirisiniz. İmkan verməyin ki, şəkərçörəklər qızarsın, ağ qalmalıdır.

Nuş olsun!


Redaktə etdi: Lola

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
714 649 595 635 651 647

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.