Ulya

Ulya Şeirlər / Sevgi 28-07-2017, 08:51

Dedim dedi [Dialoq]

Dedim dedi [Dialoq]
Dedim dedi [Dialoq]

Dedim ki, mən sənə vurğunam
Gündüzüm səninlə
Gecəm səninlə
Dedi ki, məndən nə istəyirsən ki
Gecəndə varsam
Gündüzdə varsam sənin üçün
Eşq sənin
Sevda sənin
Necə istərsən yaşa.

Dedim ki, bir sevdalı baxışına dayanar bu ürəyim
Özünə qatmaq istər gülümsəyən baxışını
Dedi ki, sevda isə yaşamaq istədiyin
Nədir məndən gözlədiyin
Sevdanımı yaşamaqdır diləyin
Mənəmmi almaq istədiyin.


Dedim ki, mən bir atəşəm
Atəşimi böyüdən isə bir sevdalı sözün
Dedi ki, sevda bir dəli küləkdir
Hara əsərsə oraya gedərsən
Tuta bilməzsən əlinlə
Verə bilməzsən yönünü
Mən sənə məni sev dedimmi ki sevdin
Məni qucaqla dedimmi ki qucaqlamaq istədin
Niyə istəyirsən məndən bunları.


Dedim ki, mən bir dəniz
Sən məni bəsləyən çay
Quruyub qalaram axışın olmazsa
Dedi ki, mən bir dəli çay olsam
Axarammı mənsiz quruyacaq bir dənizə
Mən sonsuzdan axar dayanaram
Çatarammı sonsuzluğu saxlamayan dənizə


Dedim ki, mən köz qaranlıqlarda bir ürək
Sən doğan günsən məni işıqlandıracaq
Dedi ki, öz işıqlığını yaşaya bilməyənə
Nə verər gündoğumu
Dedi ki, eşqinin işığında işıqlanmamışsansa sən
Neyləyər mənim işığım sənə
Nə verərsən mənə
Hansı işığı bağışlayarsan ürəyimə
Sən kor qaranlıqlardaykən.


Dedim ki, nə istəyirsən məndən
Sevdana talibəm
Dedim ki, istəyin əmrdir
Diləklərin mənim istəklərimdir


Dedi ki, heç bir şey istəmə məndən
Burax küləyim tapsın öz yönünü
Əsəcəksəm səndən yana
Dəlicə olmalı əsməyim
Axacaqsam səndən yana
Sonsuz bir qaçış ilə olmalı
Dedi ki, istəmə heç bir şey
İstəklərin istəksizliklər dənizində boğuşar əvvəl
Özün üçün əvvəl sev məni


Dedi ki, istəmə bir şey məndən
Sev əvvəl özünü
Öz işığında işıqlandır ürəyini
Öz ürəyində özünü gör əvvəl
Görüncə özünü öz ürəyində
Görəcəksən o zaman öz ürəyimdəki səni
İstəmə məndən heç bir şey
Ürəyini böyüt sevdanla
Ürəyin səndən sənə axacaq sevda ilə bəslənsin əvvəl
O zaman öz ürəyində görəcəksən məni
O zaman qucaqlayacaqsan məni ürəyindəki hər zərrənlə
O zaman alacaqsan sevdamı ürəyinə



Redaktə etdi: Lola

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
467 484 511 431 466 407

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.