Ulya

Ulya Mətbəx 28-07-2017, 08:53

Şokolad souslu zərif pirojna

Şokolad souslu zərif pirojna
Şokolad souslu zərif pirojna

Tərkibi:

biskvit:
3 yumurta
150 q şəkər tozu
100 ml qoxusuz bitki yağı
125 ml süd
0,5 x.q. qabartma tozu
1 x.q. vanilli şəkər tozu
250 q un

sous:
125 ml süd
1 x.q. kakao
50 q şəkər tozu
50 q şokolad

əlavə:
kokos yonqarı
Hazırlanması

Biskvit: yumurta, şəkər tozu və vanilli şəkər tozunu mikserin yüksək sürətində 3 dəqiqə çalın.
Hər birindən sonra çalmaqla süd, bitki yağı, qabartma tozu, un əlavə edin. Eynicinsli xəmir alındıqda onu 19x19 sm ölçülü, perqament döşənmiş formaya töküb 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.
Azca soyudun. Çevirib perqamenti soyun.

Sous: süd, şəkər tozu, kakao və şokoladı balaca qazanda ocağın üzərinə qoyun. Qaynara düşəndə ocaqdan götürün. Otaq temperaturunadək soyudun (duru olmalıdır).

Soyumuş biskviti 16 kubikə doğrayın.
Hər kubikin 4 tərəfini sousa batırın. Hər tərəfi sousda 15 saniyə saxlayın.
Sonra kokos yonqarına batırın.

Sousa batırmadığınız bir tərəfi üstə qaba düzün. Sousa batmayan üst tərəfinə də sous çəkib kokos yonqarı səpin.


Redaktə etdi Ugurboceyi

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
686 622 639 603 597 552

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.