_Uğurböceyi_

_Uğurböceyi_ Mətbəx 28-07-2017, 12:54

Mərcimək Köftəsi

Mərcimək Köftəsi
Mərcimək Köftəsi

TƏRKİBİ

1 stəkan yarım qırmızı mərcimək

3 stəkan isti su

1 stəkan yarım bulqur

2 ədəd quru soğan

1 armudu stəkan zeytun yağı

1 yemək qaşığı bibər tomatı

5 ədəd təzə soğan

½ budaq cəfəri

1 çay qaşığı duz

1 yemək qaşığı pul bibər

1 çay qaşığı adi cirə

HAZIRLANMASI:

Bol suda yuduğunuz qırmızı mərciməyi isti suda qaynadın.
Suyunu çəkməyə yaxın bulquru da əlavə edin və mərciməyi ocaqdan alın.

Qapağını bağladığınız qabda bulquru şişməsi üçün mərciməklə birlikdə 15 dəqiqə saxlayın.
Quru soğanları kub şəklində doğrayın. Zeytun yağını tavada qızdırın.
Doğradığınız soğanları 5 dəqiqə qovurun. Növbə ilə bibər tomatı, pomidor tomatı, duz,
istiot və adi cirə əlavə edin və qarışığı 3-4 dəqiqə qovurun. Təzə soğanları və cəfərini xırda-xırda doğrayın.
Şişən bulquru və mərciməkli qarşığa soğanlı, tomatlı qarışığı əlavə edin. Doğradığınız göyərtini də əlavə edin.
Bütün inqrediyentləri yoğurun. Hazırladığınız qarışıqdan qoz böyüklüyündə parçalar alın və ovuc içində sıxaraq
şəkil verin. İstədiyiniz dizayn verməklə servis edə bilərsiniz.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
928 909 775 780 761 708

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.