ice berg

ice berg Maraqlı 23-02-2023, 18:30

Dünyanın ən təhlükəli şəhəri məlum oldu

Dünyanın ən təhlükəli şəhəri məlum oldu
Meksikanın qərbində yerləşən eyniadlı ştatın paytaxtı Kolima 2022-ci ildə dünyanın ən təhlükəli şəhəri olub.

LoaDinG.aZ xarici KİV-ə istinadən xəbər verir ki, Meksikanın "İctimai Təhlükəsizlik və Cinayət Mühakiməsi üzrə Mülki Şura" qeyri-hökumət təşkilatının ekspertləri son reytinqlərində belə qənaətə gəliblər.

Reytinqi tərtib edənlərin fikrincə, dünyanın ən təhlükəli 50 şəhərindən 17-si Meksikada, 10-u Braziliyada yerləşir.

ABŞ, Kolumbiya, Cənubi Afrika və Honduras ölkələri müvafiq olaraq 7, 6, 4 və 2 yaşayış məntəqələri ilə siyahıda təmsil olunub.

Avropa və Asiyanın böyük şəhərləri siyahıya daxil edilməyib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
369 383 312 325 313 325

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.