ice berg

ice berg Texnologiya 24-02-2023, 13:00

Cənubi Koreya 2028-ci ildə 6G-yə keçməyi planlaşdırır

Cənubi Koreya 2028-ci ildə 6G-yə keçməyi planlaşdırır
Cənubi Koreya simsiz rabitə texnologiyalarında liderlik etmək üçün 2028-ci ildə 6G infrastrukturuna keçməyi planlaşdırdırır.

LoaDinG.aZ xəbər verir ki, Cənubi Koreyanın Elm və İnformasiya Kommunikasiya Texnologiyaları Nazirliyi "K-Network 2030" layihəsi çərçivəsində yeni nəsil mobil şəbəkənin yenilənməsi və gücləndirilməsi və 6G infrastrukturuna keçid məqsədi daşıdığını bildirib.

Bu çərçivədə hökumətin 2030-cu ilə qədər davam edəcək layihəni iki il qabağa qoyaraq, simsiz texnologiya liderliyində liderlik etməyə çalışacağı qeyd edilib.

Eyni zamanda, 6G infrastruktur texnologiyalarının tətbiqi imkanlarının tədqiqi və inkişafı üçün təxminən 481 milyon dollar xərclənəcəyi bildirilib.

Bəyanatda bildirilib ki, hökumət yerli şirkətlərə material, hissə və avadanlıq istehsal etmək və hamı üçün əlçatan bir şəbəkə yaratmaq üçün stimul verəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
477 506 415 401 478 443

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.