Dünyada ən uzun adın sahibi Ginnesin Rekordlar Kitabına düşdü - 6 səhifəlik AD
Doğulandan adı Lourens Qreqori Uotkins olan şəxs ismini rəsmi şəkildə dəyişərək dünyanın ən uzun adlı adamı kimi Ginnesin Rekordlar Kitabına düşüb.
LoaDinG.aZ xəbər verir ki, bu barədə "Free Press Journal" yazır.
Yeni Zelandiyadan olan Uotkins hələ 8 mart 1990-cı il tarixində adını dəyişmək üçün müvafiq qurumlara müraciət edib, daha sonra isə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.
O zamandan Lourensin 2300 adı və bir soyadı var.
Uotkins Ginnesin Rekordlar Kitabına düşməklə qürur duyduğunu və hər bir adının onun üçün xüsusi məna daşıdığını etiraf edib.
O, şəxsi saytında bildirib ki, gündəlik istifadə üçün onun və ailəsi üçün daha əhəmiyyətli olanlarını seçib.
Hannibal, Şerri, Napoleon, Narsiss və Şerlok Uotkinsin adlarındandır.
Saytda, adların tam siyahısından başqa, doğum şəhadətnaməsi, eləcə də Ədliyyə Nazirliyinin möhür və imzası ilə təsdiqlənmiş ərizəsi yerləşdirilib.