Xaliq

Xaliq Məsləhətlər 28-07-2017, 15:20

XƏBƏRDARLIQ: Uşaqlara qazlı içkilər verməyin

XƏBƏRDARLIQ: Uşaqlara qazlı içkilər verməyin
XƏBƏRDARLIQ: Uşaqlara qazlı içkilər verməyin


Şirin qazlı içkilərin sağlamlıq üçün problemlər yarada biləcəyi məlumdur. Lakin uşaqlıqda qazlı içkilərdən istifadənin yuxarı yaşlarda ürək xəstəlikləri riskini artırdığından çox az adamın xəbər vardır.

Avstraliyanın Sidney Universitetinin Tibbi Araşdırmalar İnstitutunun son elmi işi bunu təsdiqləyib. Alimlər 12 ildə 2 minə yaxın uşağın timsalında qazlı içkilərin təsirini müəyyən ediblər. Məlum olub ki, gündə bir və daha çox qazlı içki içən uşaqlarda gözün arxa hissəsindəki arteriyalar quruyur. Arteriyaların belə quruması ənənəvi olaraq hipertoniya və ürək xəstəlikləri riskinin artması ilə əlaqələndirilir.

Ekspert Bamimi Qopinat deyib ki, hələ uşaqlıqdan sağlam qidalanmaya riayət etmək lazımdır və uşaqlara şirin içkilər almaqla buna göz yummaq olmaz. B.Qopinat reklam qaydalarının və uşaqlar üçün qida məhsullarının satışının qanunvericilik səviyyəsində dəyişdirilməsinə tərəfdardır.

Yeri gəlmişkən, bundan əvvəl Adelaida Universitetinin Zumin Şinin rəhbərlik etdiyi tədqiqat qrupu qazlı içkilərin astma və ağciyərlərin obstruktiv xəstəliklərinə yol açdığını müəyyənləşdirmişdir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
583 610 528 568 510 489

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.