ice berg

ice berg Texnologiya 3-03-2023, 19:00

Dünyanın ən böyük noutbuku hazırlandı

Dünyanın ən böyük noutbuku hazırlandı
Yutuberlər Evan və Katelin dünyanın ən böyük noutbukunu düzəldib.

LoaDinG.aZ Trend-ə istinadən bildirir ki, noutbukun çəkisi 45 kiloqramdır və ekran ölçüsü 43 düymdür.

Qeyd edək ki, adi noutbukların ekranı adətən 15 düym civarında, çəkisi isə 1-3 kq arasında dəyişir.

Yeni kompüterdə 43 düymlük (109 sm) televizor ekranından istifadə edilib. Nəhəng cihazın oyun oynayarkən 260 Vt-a qədər enerji istehlak edə biləcəyi bildirilib.

Cihazda iki böyük batareya və gizli bir "Intel NUC 11" olduğu deyilir. "Intel Core i7-1165G7" prosessoru və "RTX 2060" qrafik kartı bu nəhəng kompüterdə mövcud olan avadanlıqlar arasındadır.




Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
508 471 467 510 450 498

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.