ice berg

ice berg Programlar 3-03-2023, 20:30

"WhatsApp" 2 milyon 918 min hesabı blokladı

"WhatsApp" 2 milyon 918 min hesabı blokladı
"Meta" şirkətinə məxsus olan ani mesajlaşma tətbiqi "WhatsApp"da yanvar ayı ərzində təkcə Hindistanda ümumilikdə 2 milyon 918 min hesab bloklanıb.

Bu barədə "WhatsApp"ın dərc etdiyi hesabatda bildirilib.

Qeyd edilib ki, 2023-cü ilin ilk ayında Hindistanda bloklanan bu hesabların 1 milyon 38 mini əvvəlcədən aşkar edilərək heç bir şikayət olmadan bağlanıb.

Adətən, "WhatsApp" "İstifadəçinin təhlükəsizliyi hesabatı" və istifadəçilərdən gələn şikayətlər əsasında hesabları bloklayır. Bununla belə, "WhatsApp" bəzən platformadan sui-istifadə ilə mübarizə aparmaq üçün özünün qabaqlayıcı tədbirlərini də həyata keçirir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
460 518 462 445 466 499

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.