ice berg

ice berg Şeirlər 4-03-2023, 13:30

Dərdi var

Dərdi var
Ey mənim sevdiyim sevimli bəndə,
Köksümdə sənə xas sevda dərdi var.
Məni dərd öldürməz, illərdi məndə,
Məcnunu öldürən Leyla dərdi var.

Dərdi var

Ürəyin arzusu, ümid sorağı,
Gözün fərqli-fərqli baxış bucağı,
Dilin söz qüdrəti, söz təmtərağı,
Sözün də öz yükü, məna dərdi var.



Dərindir həyatın eşq fəlsəfəsi,
Aşiqçün əzizdir yarın nəfəsi,
Arifin ruhunda Cənnət həvəsi,
Cahilin nəfsində dünya dərdi var.



Ey könül, hər gələn dərdi salamla,
Mən bel bağlamışam dərdə inamla,
Yerin yer, göyün göy, damlanın damla,
Gölün göl, dəryanın dərya dərdi var.



Dərd əhli edirdi heyrət dərdimə,
Hər mənfi dərdimə, müsbət dərdimə,
Axırda verdilər qiymət dərdimə,
Dedilər: - Sahibin əla dərdi var

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
422 470 434 441 414 421

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.