ice berg

ice berg Texnologiya 7-03-2023, 18:30

"Meta" LLaMA süni intellektini işə salır

"Meta" LLaMA süni intellektini işə salır
"Meta" şirkəti süni intellektə əsaslanan özünün LLaMA dil modelini işə salır.

Bu barədə şirkətin rəhbəri Mark Zukerberq feysbuk səhifəsində yazıb.

"Bu gün biz tədqiqatçılara işlərini inkişaf etdirməyə kömək edəcək LLaMA adlı yeni müasir böyük dil modelini işə salırıq", - o bildirib.

M.Zukerberqin sözlərinə görə, dil modeli mətnin yaradılmasında, söhbətlərdə, yazılı materialın ümumiləşdirilməsində və riyazi teoremlərin həlli və ya zülal strukturlarının proqnozlaşdırılması kimi daha mürəkkəb tapşırıqlarda perspektiv nümayiş etdirib.

Eyni zamanda şirkət xəbərdarlıq edib ki, böyük dil modellərində qərəz, toksik şərhlər və halüsinasiyalar risklərini aradan qaldırmaq üçün hələ daha çox araşdırma tələb olunur.

LLaMA-ya giriş fərdi əsasda akademik tədqiqatçılara, dövlət və ictimai təşkilatlara, dünya üzrə tədqiqat laboratoriyalarına təmin ediləcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
509 503 484 465 501 459

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.