Xaliq

Xaliq Evlilik 28-07-2017, 19:02

Qadınlar evləndikdən sonra niyə kökəlir?

Qadınlar evləndikdən sonra niyə kökəlir?
Qadınlar evləndikdən sonra niyə kökəlir?


İngiltərədə aparılan bir araşdırma nəticəsində, qadının çəki almasının və ya itirməsinin partnyoru ilə əlaqəsinə bağlı olduğu məlum olub.

Araşdırma zamanı sorğuda iştirak edən 3 min qadından təqribən 70 % -i xoşbəxtliklərindəki ən böyük faktorun əlaqələri olduğu cavabını verib. Bu qadınlardan geriyə qalanlar isə kilo aldıqları təqdirdə əlaqələrini bitirəcəklərini söyləyib.

“Slendex” adlı firma tərəfindən aparılan bu araşdırmanın nəticələrinə görə, bir qadının çəkisində əlaqədə olduğu müddət ərzində 5 mərhələdə dəyişiklik olur. Əlaqəsinin başında olan bir qadın ilk mərhələdə qarşı cinsə özünü bəyəndirmək üçün saxladığı pəhriz nəticəsində 2,5 kq çəki itirə bilir.

Qadın münasibətində rahatlamağa başladığı zaman çəki almağa başlayar və bu rəqəm 4,5 kq-a çatar. Üçüncü mərhələdə isə evliliyi düşünməyə başlayan qadın evlilik günü üçün ortalama 3,5 kq çəki itirə bilir.

Qadının bir körpəsinin olacağı isə 6 kq çəki alması deməkdir. Son mərhələdə uşaqları böyüyən və görünüşünə daha çox vaxt ayırmağa başlayan qadın yenilənmə yoluna gedir və ortalama 5 kq çəki ata bilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
773 771 656 683 649 632

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.