KiBirLi_PrenS.

KiBirLi_PrenS. İslam Dini 10-03-2023, 11:30

Cənnətə daxil olmağın şərtləri

Cənnətə daxil olmağın şərtləri
Əgər mömin olan hər bir kişi və ya qadın saleh əməllər yerinə yetirsə, Cənnətə daxil olacaq və onlara xurmanın çərdəyi qədər də zülm edilməyəcək."[2]
"Bu həmin Cənnətdir ki, onu təqvalı bəndələrimizə miras verəcəyik."[3]
Hədis:
Allahın Peyğəmbəri (s):"Ümmətim daha çox iki şeyə görə Cənnətə daxil olacaq: ilahi təqva və gözəl əxlaq."
Allahın Peyğəmbəri (s):"Üç şey var ki, onlarla Allahın dərgahına gedən kəs istədiyi qapıdan Cənnətə daxil olacaq: gözəl əxlaqı olan, gizlində və aşkarda Allahdan qorxan, haqq onun tərəfində olsa belə mübahisəni tərk edən şəxs."

Allahın Peyğəmbəri (s):"Hər biriniz Cənnətə daxil olmaq istəyirmi?" Ərz etdilər: "Bəli, ey Allahın Rəsulu." Peyğəmbər buyurdu:"Arzularınızı qısaldın, ölüm anını gözlərinizin önünə gətirin və Allahdan Allaha layiq olduğu kimi həya edin."
Allahın Peyğəmbəri (s):"Kim dəvənin iki sağımı arasındakı vaxt qədər olsa belə Allah yolunda cihad edərsə, Cənnətə daxil olar."
İmam Sadiq (ə):"Üç əməl var ki, hər kəs onlardan birini yerinə yetirsə Allah-taala Cənnəti ona vacib edər: kasıb vaxtında ehsan etmək, hamı ilə gözəl rəftar etmək, insaflı olmaq."

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
563 551 514 529 486 453

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.