Qarisqalar haqqinda
Qarışqalar (lat. Formicidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pərdəqanadlılar dəstəsinə aid heyvan fəsiləsi. Tropik ölkələrdə geniş yayılmışdır. Qafqazda 160-dan çox, Azərbaycanda 90-a qədər növü məlumdur.[2]
Qarışqalara, qidaları tapıldıqdan sonra yuvaya geri qayıtdıqları zaman keçdikləri yolun üstünə vücud sonundakı ifraz şirələri vasitəsilə kimyəvi işarələr qoymaq xasdır. Yuvadakı digər işçilərin də eyni yolu təqib edərək qida qaynağını tapmaqda bu işarələr yardımcı olurlar. Bir neçə dəqiqədən sonra təsiri gedən bu iz qoxularının davamlı olaraq yenilənməsi lazımdır. Digər tərəfdən koloniyaya yaxınlaşan bir təhlükə seziləndə, fərqli quruluşda diqqət qoxuları ifraz edilməkdə, təhlükə digər fərdlərə dərhal bildirilərək çox qısa müddətdə həmin yer tərk edilməkdədir.