Vitr Namazi
Vitr namazı - Vitr namazı təkidlə buyurulmuş sünnədir. Belə ki, Məhəmməd peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu namaza rəğbətləndirmiş və təşviq etmişdir. Əbu Hureyrə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Həqiqətən Allah vitrdir (təkdir) və vitri sevər"[1].
Vitr namazını İşadan Sübhə qədər olan vaxtda qılmaq olar. Bu namazı gecənin son üçdəbirində qılmaq daha yaxşıdır. Aişə deyir ki, "Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vitr namazını, gecənin ilk, orta və axır vaxtlarında qılardı. Amma həyatının sonunda vitri səhərəyaxın qılardı"[3].
Gecənin sonunda oyanacağına əmin olmayan kimsənin, vitri gecənin ilk vaxtında qılması daha yaxşıdır. Eləcə də gecənin sonunda oyanacağına əmin olan kimsənin, vitri gecənin son vaxtında qılması daha yaxşıdır. Əbu Qatadə deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Əbu Bəkrə belə dedi: "Vitri nə vaxt qılırsan?" Əbu Bəkr dedi: "Yatmadan öncə". Sonra Ömərə dedi: "Vitri nə vaxt qılırsan?" Ömər dedi: "Yatıram sonra durub qılıram". Rəvayətçi deyir ki, sonra Peyğəmbər Əbu Bəkrə dedi: "Sən işinə ehtiyatla yanaşmısan". Sonra Ömərə dedi: "Sən isə işinə əzmkarlıqla yanaşmısan"[4]. Aişə deyir ki, "Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) namaz qılanda mən də öz yatağımda onun qarşısında yatırdım. O vitri qılmaq istədikdə məni oyadar və beləliklə vitri qılardım"[5].