Xaliq

Xaliq Mətbəx 28-07-2017, 20:47

Kofeli tort

Kofeli tort
Kofeli tort


Tərkibi:

1.75 st un
2 st şəkər tozu
0.75 qr kakao
2 ç/qaşığı (tam dolu olmasın) soda
2 ç/qaşığı qabartma tozu
1 çimdik duz
1 st süd
3 x/qaşığı limon suyu
0.5 st duru yağ
2 yumurta
1 st tünd kofe
Krem üçün:

5 yumurta ağı
450 qr şəkər tozu
400 qr yumşaldılmış kərə yağı
70 qr şokolad (bəzəmək üçün)
Hazırlanması:

Unu sodanı, duzu, kakaonu və qabartma tozunuə qarışdırın. Südlə limon suyunu qarışdırın. Yumurtaları şəkər tozu ilə çırpın, südü və duru yağı əlavə edin. Daha sonra unu əlavə edin. Son olaraq isti kofeni əlavə edərək yağlı kağız sərilmiş siniyə tökün. Əvvəlcədən 190 dərəcə isidilmiş sobada 40-50 dəqiqə bişirin. Hazır olduqdan soyudun. Soyudulmuş biskviti 4 yerə bölün.

Kremin hazırlanması:

Yumurta ağlarını çırpın. Daha sonra şəkər tozunu əlavə edərək beze olana kimi çırpın. Daha sonra otaq temperaturunda yumşadılmış yağı əlavə edərək qarışdırın.

Biskvitlərin arasına krem çəkin. Üzərini zövqününüzə görə şokoladla bəzəyin. Bir neçə saat soyuducuda saxladıqdan sonra servis edə bilərsiniz.

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
666 665 645 619 587 554

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.