☹ Bir küncdə səssizcə ağladınmı heç? ☹
Sən sənin olmayan bir insan üçün
Bir küncdə səssizcə ağladınmı heç?
Röyama gəl deyib, yatıb hər dəfə.
Gecələr yuxunda saxladınmı heç?
Bir küncdə səssizcə ağladınmı heç?
Röyama gəl deyib, yatıb hər dəfə.
Gecələr yuxunda saxladınmı heç?

Xəyallar qurdunmu yaşıyar deyə?
Bu dərdi, məlalı bosuyar deyə
Oyanıb hər gecə üşüyər deyə
Olmayan birini yoxladınmı heç?
Bu dərdi, məlalı bosuyar deyə
Oyanıb hər gecə üşüyər deyə
Olmayan birini yoxladınmı heç?

Onlu saniyələr ötməsin deyib,
Yuxusu hər gecə bitməsin deyib,
Kölgəsi evindən getməsin deyib,
Qapını, bacani bağladinmi heç?
Yuxusu hər gecə bitməsin deyib,
Kölgəsi evindən getməsin deyib,
Qapını, bacani bağladinmi heç?

Sən heç derd yandınmı yağışa, yelə?
Sirrini dedinmi dənizə gölə?
Cansız bir şəkili götürüb elə,
Yaranı kağızla dagladınmı heç?
Sirrini dedinmi dənizə gölə?
Cansız bir şəkili götürüb elə,
Yaranı kağızla dagladınmı heç?

Yazar: Ayaz Hidayətoğlu







