Sevgim
Əl açıb Allahdan səni istədim,
Dedi mələyimi vermərəm ələ,
Dedim vermirdinsə, niyə sevdirdin?
Dedi bildiyim var bir az səbr elə.
Dedim ki İlahi gücüm çatmır tək,
Verdim bu sevgini bir az sən daşı.
Dedi müqəddəsi Zəmzəm suyutək,
Sevginin uğrunda axan göz yaşı
Dedim ki Allahın günahdı axı
Bəzən ondan ötrü səndən küsürəm
Dedi ki sevginin günahlarını
Qorxma ayağından özüm silirəm.
Dedim onu məndən alır özgələr
Bu da sən yazdığın bir qismətimdi
Dedi ayırsa da sizi döngələr,
Mənim dərgahım da ancaq sənindi.
Dedi mələyimi vermərəm ələ,
Dedim vermirdinsə, niyə sevdirdin?
Dedi bildiyim var bir az səbr elə.
Dedim ki İlahi gücüm çatmır tək,
Verdim bu sevgini bir az sən daşı.
Dedi müqəddəsi Zəmzəm suyutək,
Sevginin uğrunda axan göz yaşı
Dedim ki Allahın günahdı axı
Bəzən ondan ötrü səndən küsürəm
Dedi ki sevginin günahlarını
Qorxma ayağından özüm silirəm.
Dedim onu məndən alır özgələr
Bu da sən yazdığın bir qismətimdi
Dedi ayırsa da sizi döngələr,
Mənim dərgahım da ancaq sənindi.







