Huseyn Elihesselam
Həzrət Fatimənin ikinci övladı 4-cü hicri ilinin Şə᾽ban ayının 3-də Mədinə şəhərində dünyaya göz açdı. Həzrət Peyğəmbər (s) bu xəbəri eşidən kimi, sevinə-sevinə qızının evinə tərəf yola düşdü. Zəhranın xidmətçisi Әsma uşağı ağ bələyə büküb Həzrət Peyğəmbərin hüzuruna gətirdi.
Әziz Peyğəmbərimiz körpəni qucağına alıb sağ qulağına azan, sol qulağına isə iqamə oxuyub həzrət Hüseyni birinci dəfə olaraq Allahın adı ilə yaxından tanış etdi.
Təvəllüdün yeddinci günü Allah tərəfindən Həzrət Peyğəmbərə (s) nazil olan mələk belə dedi: «Harun, Musa peyğəmbərə qardaş, dost və bütün çətinliklərdə onun köməyinə gələn bir sirdaş olduğu kimi, Әli də sənin dostun və qardaşındır. Buna görə də bu uşağın adını Harunun oğlunun adı olan Şübeyr (ərəbcəsi Hüseyn) qoy». Beləliklə həzrət Hüseyn əleyhissalamın adı Allah tərəfindən qoyuldu.
Hüseynin təvəllüdünün yeddinci günü, Fatimə (s) oğlu üçün bir qoyun qurbanlıq edib ətini yoxsullara payladı.
Həzrət Peyğəmbər (s) dəfələrlə bu uşağı qucağına alıb onu öpər, ağlayar və belə buyurardı: «Hüseyni qarşıda böyük bir müsibət gözləyir. Bəni Üməyyədən olan bir dəstə zalım, oğlumu öldürəcəkdir. Onlar qiyamət günü həmişəlik olaraq mənim şəfaətimdən məhrum olacaqlar.»