ice berg

ice berg Avto Dünya 19-03-2023, 12:30

Əfsanəvi yarış avtomobili satışa çıxarıldı

Əfsanəvi yarış avtomobili satışa çıxarıldı
Yarış sedanı "Mercedes-Benz 190 E 2.5-16 Evolution II DTM" satılır.

1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində populyar olan avtomobil seriyası bir neçə modifikasiyaya məruz qalıb və markanın tarixində ən tanınan modellərdən biri məhz "Mercedes-Benz 190 E 2.5-16 Evolution II DTM" sedanı olub.

LoaDinG.aZ oxu.az-a istinadən xəbər verir ki, bu unikal avtomobillərdən biri hazırda hərraca çıxarılıb.

Modelin əsas xüsusiyyəti onun 1990-cı illərin standartlarına görə inanılmaz dərəcədə ekstremal olan təkmil aerodinamik kuzov dəstidir. Model "Mercedes-Benz" mühəndisləri ilə o vaxtkı müstəqil AMG şirkətinin ekspertləri tərəfindən birgə hazırlanıb.

Yarış avtomobili 370 at gücü hasil edən 2,5 litrlik sıravi 4 silindrli benzin mühərriki ilə təchiz edilib. Mühərrik 5 pilləli mexaniki transmissiya ilə birləşdirilib.

Avtomobili əldə etmək üçün son tarix mayın 20-nə təyin olunub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
550 502 497 494 444 414

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.