Arqan yağı
Arqan yağı kosmetika yağlarının içərisində qidalandırma baxımından ən dəyərli və ən zəngin yağdır. Bu yağ saçda, dəridə, əldə və bədənin hər yerində isdifadə edə biləcəyiniz möcüzəvi bir yağdır. Arqan yağı tərkibli kremlər, şampunlar, əl kremləri dəri qırışıqlığının düzəlməsində möcüzəvi təsir göstərir. Bu möcüzəvi yağ dərini çox tez bir zamanda nəmləndirir və hüceyrələri yeniləşdirir. Dərinin quru və ya yağlı olmasından aslı olmayaraq hər kəs bu faydalı yağdan tərəddüd etmədən istifadə edə bilər. İstər səhər, istər gecə istifadə edilə bilən bu faydalı yağı hamilə qadınlar da hamiləlik zamanı və hamiləlikdən sonra bədəndə yaranan dəri süzülmələrinin müalicəsində istifadə edə bilər. Tez bir zamanda gözlə görünəbiləcək qədər təsir göstərir. Duru qızıl adlandırılan arqan yağından ətir istehsalında da istifadə edirlər.






