Günəbaxan yağı
Günəbaxan yağı yağ əridən vitamin hesab olunan E vitamininin başlıca mənbəyidir. E vitamini ateroskleroz və digər ürək xəstəliklərindən müdafiə edən mükəmməl antioksidləşdiricidir. O immun sistemini möhkəmləndirir, yaşlanmanı əngəlləyir və nəhayət, qara ciyər üçün çox vacibdir. Tərkibindəki E vitamini sayəsində günəbaxan yağı cinsi və digər endokrin vəzilərin funksiyalarına təsir edir, zülallar və karbohidratların mübadiləsində iştirak edir, yaddaşı gücləndirir. Günəbaxan yağının digər vacib bir komponenti isə doymamış yağ turşularıdır. Bu turşular F vitamini adlanır və qara ciyər hüceyrələrinin, bağırsaqlar və sinir tellərinin fəaliyyəti üçün çox vacibdir.






