ice berg

ice berg Texnologiya 26-03-2023, 13:30

"Apple" yeni "AirPods"ları təqdim edəcək

"Apple" yeni "AirPods"ları təqdim edəcək
"Apple" USB-C ilə "AirPods Pro" qulaqlıqlarının xüsusi versiyasını buraxacaq.

Yeni simsiz qulaqlıqların USB-C konnektorlu korpusu olacaq. Onların hazırki versiyalarında "Lightning" portu ilə təchiz olunmuş korpuslar var.

Məlumata görə, "Apple" bu qulaqlıqları 2023-cü ilin ikinci və ya üçüncü rübündə təqdim edəcək.

Qeyd edək ki, Avropa bazarında istehlak elektronikası satan bütün şirkətlər 2024-cü ilin dekabrından qadcetlərini USB-C portu ilə təchiz etməli olacaqlar. Hələ 2022-ci ilin oktyabrında "Apple"ın marketinq üzrə vitse-prezidenti Greg Joswiak şirkətin gələcəkdə USB-C ilə iPhone buraxacağına söz vermişdi. Onun sözlərinə görə, bununla korporasiya Avropa İttifaqının tələbini yerinə yetirəcək

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
428 442 430 421 445 417

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.