n2006

n2006 Mətbəx 27-03-2023, 15:30

Çuğundur kotletini belə hazırlayın – “YEMƏYƏ NƏ VAR?”

Çuğundur kotletini belə hazırlayın – “YEMƏYƏ NƏ VAR?”
Ucuz, faydalı çuğundurdan nə bişirəcəyinizi bilmirsizsə, kotlet hazırlayın. Çuğundurdan kotlet hazırlamaq təklifi çox xanımlara qəribə və maraqlı gələ bilər. Elə isə “Yeməyə nə var?” rubrikasında çox asan, qırmızı kotletlərin reseptini təqdim edirik:



Ərzaqlar:

Çuğundur – 500 qr

Süd – 100 ml

Mannı – 50 qr

Suxarı – getdiyi qədər

Duz

Hazırlanması:

Çuğundur suda bişirilir. İsti sudan çıxaran kimi dərhal soyuq suya salınır. Soyuqduqdan sonra irigözlü sürtgəcdən keçirilir. Bura süd əlavə olunub, odun üzərinə qoyulur. Qarışdıra-qarışdıra mannı səpilir ki, düyünlənməsin. Bərabər kütlə alınana qədər hazırlayıb, oddan götürülüb soyudulur. Bu kütlədən kotlet formaları düzəldib, suxarı səpilmiş qabda fırladıb, suxarıya batırırsız. Kotletləri 20 dəqiqə soyuducuda saxlayırsız. Tavada bitki yağında ikitərəfli 1-3 dəqiqə qızardırsız. Süfrəyə xama ilə verilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
375 404 439 387 337 401

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.