ice berg

ice berg Maraqlı 1-04-2023, 16:30

Bitkilərin insan qulağının eşidə bilməyəcəyi səslər çıxardığı aşkar edilib

Bitkilərin insan qulağının eşidə bilməyəcəyi səslər çıxardığı aşkar edilib
Alimlər müəyyən ediblər ki, bitkilər insan qulağının eşidə bilməyəcəyi səslər çıxarır və susuzluq və ya stress zamanı bu səsləri artırırlar.

LoaDinG.aZ xəbər verir ki, "The Cell" araşdırma jurnalında dərc edilən araşdırmaya görə, botaniklər bitkilərin "səssiz canlılar" olmadığını ortaya çıxarıblar.

İlk dəfə 6 il əvvəl laboratoriyasında ultrasəs mikrofonu ilə kaktusun səsini qeyd edən Tel-Əviv Universitetinin Elmlər Fakültəsinin dekanı, professor Lilach Hadany bildirib ki, qeyd etdiyi səsin kaktusdanmı, yoxsa ətrafdakı başqa bir şeydənmi olduğundan əmin deyil.

Bitkilərin vibrasiya yaratdığının daha əvvəl bilindiyini, lakin bunun havada yayılan səs dalğalarına çevrildiyinə dair heç bir dəlil olmadığını deyən Hadany özünün və komandasının səs keçirməyən akustik qutularda işlədiyini qeyd edib.

Tütün və pomidor tingləri qoyduğu qutulara 20 ilə 250 kilohers arasında səsləri qəbul edə bilən ultrasəs mikrofonları yerləşdirən komanda bəzi bitkilərin müəyyən hissələrini kəsib, bəzilərini susuz qoyub, bəzilərinə isə heç toxunmayıb.

Komanda daha sonra insan qulağına eşidilməyən 40 ilə 80 kilohers arasında olan səsləri qeydə alıb. Komanda onların patlayan qarğıdalı səsinə bənzədiyini bildirdi.

Bundan əlavə, komanda stress altında olan bitkilərin daha çox səs çıxardığını müəyyən edib

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
345 356 348 354 326 352

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.