Peyğəmbərimizin iftarı və sahuru necə idi?
Peyğəmbərimiz (s.ə.s.) iftarı dərhal açardı. Bir neçə tikə ilə orucunu açıb axşam namazını qılardı. Ənəs bin Malik (r.a.) deyir: “Rəsulullah (s.ə.s.) iftarını namazdan əvvəl bir neçə təzə xurma ilə, təzə xurma olmayanda quru xurma ilə, o da olmayanda bir neçə qurtum su ilə açardı.”[1]
Xurma o dövrün Mədinəsində ən çox yayılan bitkidir. Xurma tapılmayanda isə hər bölgədə həmişə olan su tövsiyə edilmişdir. Xurma və su seçimini qış mövsümündə xurma, yay və isti mövsümlərdə su kimi izah edənlər də var.[2] Peyğəmbərimiz (s.ə.s.): “İnsanlar nə qədər ki iftara tələsirlər, xeyirli yoldadırlar“,[3] – buyuraraq ümmətinə iftarı gecikdirməməyi tövsiyə etmişdir. Əbu Hüreyrə (r.a.) Rəsullahdan (s.ə.s.) nəql etdiyi bir qüdsi hədisdə Allah-Təala buyurur:
“Dərgahımda ən çox sevilən bəndələrim iftarı dərhal açanlardır.“[4]