n2006

n2006 İslam Dini 4-04-2023, 18:30

Qiyamət günü və ya Cənnətdə Allahı görmək olacaqmı?

Qiyamət günü və ya Cənnətdə Allahı görmək olacaqmı?
Aleykum salam. Möminlər Allahı görəcəklər. Uca Allah bu barədə belə buyurur:
"O gün (neçə-neçə) üzlər nurlanacaq və öz Rəbbinə baxacaqdır" (əl Qiyamə, 22-23).
Cərir ibn Abdullah (Allah ondan razı olsun) rəvayət edir ki, Rəsulullahın (sallallahu aleyhi və səlləm) hüzurunda oturmuşduq. Rəsulullah bədrlənmiş aya baxdı və belə dedi: "Siz Rəbbinizin hüzuruna gedəcəksiniz və bu ayı gördüyünüz kimi, onu da görəcəksiniz.
Görməkdə bir çətinlik və sıxıntı çəkməyəcəksiniz. Elə isə günəş doğmamışdan əvvəlki namaza və gün batmadan qabaq qılınan namaza gücünüz çatdıqca davam edin”. Peyğəmbər sonra bu ayəni oxudu: "Günəşin doğmasından və batmasından əvvəl Rəbbinin qüdrət və ucalığını bütün həmdi ilə zikr et”. (Tirmizi, Cənnət, 16).
Əbu Hureyrənin (Allah ondan razı olsun) rəvayətinə əsasən Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə demişdir: "Siz bədrlənmiş gecədə ayı görməkdə çətinlik çəkirsiniz? Ya da həmişə günəşi görməkdə bir çətinliklə üzləşirsiniz?”. Əshabələr cavab verdilər: "Xeyr”.
Bunun üstündən rəsulullah sözlərinə belə davam etdi: "Siz Rəbbinizi bədrlənmiş gecədə ayı gördüyünüz kimi rahatlıqla görəcək və heç bir çətinlik çəkməyəcəksiniz”. (Tirmizi, Cənnət, 17)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
525 585 542 629 578 566

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.