ice berg

ice berg Məsləhətlər 5-04-2023, 13:00

Meyvə və tərəvəzləri sirkəli suda saxlamayın

Meyvə və tərəvəzləri sirkəli suda saxlamayın
Hər kəs tərəvəzləri daha sağlıqlı olması üçün marketdən aldıqdan sonra sirkəli suda isladaraq təmizləməyə üstünlük verir. Amma bu üsul orqanizmə zərər verə bilər. Mütəxəssislər sirkəli suda saxlanılan meyvə və tərəvəzlərlə bağlı xəbərdarlıq edir.

LoaDinG.Az xəbər verir ki, mikrobları məhv etmək üçün tərəvəz və meyvələri sirkəli su ilə yumaq, əksinə, xeyirdən çox zərər verir. Çünki sirkəli su qidaları təmizləmir.

Belə ki, əkin zamanı meyvə və tərəvəzləri zərərvericilərdən qorumaq üçün onlara pestisid maddələri vururlar. Bu da sağlamlığınızı ciddi şəkildə təhdid edir.

Pestisidlərin qida ilə insan orqanizminə daxil olması qan dövranı sisteminin pisləşməsinə, qaraciyər və böyrəklərdə xoşagəlməz vəziyyətlərə səbəb ola bilər.

Bəzi araşdırmalar sirkəli suda saxlanılan tərəvəz və meyvələrin üzərindəki pestisidlərin çoxunun məhv olmadığını göstərir. Əksinə, suda saxlanılan bu məhsullarda pestisidlər daha çox aktivləşir və ziyanvericiliyi artır.

Tərəvəz və meyvələri zərərli kimyəvi maddələrdən təmizləmək üçün sirkəli su əvəzinə soda istifadə edə bilərsiniz. Hər litrə 2 çay qaşığı soda əlavə edin. Daha sonra meyvə və tərəvəzləri bu suda yarım saat saxlamaq kifayətdir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
392 418 390 368 393 415

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.