ice berg

ice berg Programlar 6-04-2023, 21:01

"Whatsapp"ın Android versiyası ilə bağlı YENİLİK

"Whatsapp"ın Android versiyası ilə bağlı YENİLİK
İnsayderlərin verdikləri məlumata əsasən "Whatsapp" tərtibatçıları messencerin Android versiyasının istifadəçi interfeysinin dizayn dəyişikliyini hazırlayırlar.

LoaDinG.Az xarici KİV-ə istinadən bildirir ki, messencerin Android versiyasının sahib olacağı yeni dizaynı əks etdirən screenshot fotolar artıq internetdə ortaya çıxıb. Ortaya çıxmış screenshot fotolardan belə qənaətə gəlmək olar ki, "Whatsapp"ın Android versiyasının istifadəçi interfeysi dizayn baxımından iOS versiyasının istifadəçi interfeysinə bənzəyəcək. Beləliklə messencerin Android versiyasının istifadəçi interfeysində reallaşdırılacaq əsas dəyişiklik ondan ibarət olacaq ki, əsas ekranın yuxarı hissəsindəki qovluqlar ekranın alt hissəsinə köçürüləcək.

"Whatsapp"ın iOS versiyası məhz bu cür görünür. Screenshot fotolardan da görmək olar ki, "Whatsapp"ın Android versiyasının əsas ekranının alt hissəsində “Chats”, “Communities”, “Status” və “Calls” qovluqları yerləşəcək. Messencerin hal hazırki Android versiyasında bu ardıcıllıq bir qədər fərqlidir. Belə ki, ilk öncə “Communities”, “Chats” və daha sonra “Status”, “Calls” gəlir. Məlumatda qeyd edilib ki, "Whatsapp"ın Android versiyası üçün nəzərdə tutulmuş bu yeni dizayn hal hazırda qapalı beta test mərhələsindən keçir. Onun stabil "Whatsapp"da nə zaman reallaşdırılacağı bilinmir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
525 563 504 485 519 497

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.