n2006

n2006 Texnologiya 7-04-2023, 18:47

Intel 11-ci nəsil prosessorlarının əksəriyyətinin istehsalını dayandıracaq

Intel 11-ci nəsil prosessorlarının əksəriyyətinin istehsalını dayandıracaq
Intel şirkəti Tiger Lake seriyasının 11-ci nəslinə daxil olan bir çox prosessorunun istehsalını dayandırmaq qərarını elan edib. İstehsalı dayandırılacaq prosessorlara həm mobil həm də desktop prosessorlar daxildirlər. Onların arasında həmçinin məşhur prosessorlar da var. Ümumilikdə şirkət 11-ci nəsilə daxil olan 5 ədəd mobil və 4 ədəd desktop prosessorun istehsalını dayandırmağı planlaşdırır. Məsələn şirkət oyun noutbuklarında çox məşhur olmuş Core i7-11800H adlı mobil prosessorunun istehsalını dayandıracaq.

Şirkət həmçinin Xeon W-11855M, Core i7-11850H və Core i9-11950H prosessorlarının istehsalını da dayandıracaq. İstehsalı dayandırılacaq prosessorların siyahısı ilə aşağıdakı fotodan tanış olmaq olar. Qeyd etmək lazımdır ki, sözügedən prosessorlara sahib məhsullar müəyyən müddət ərzində satışa çıxmağa davam edəcəklər. Belə ki, şirkət onların istehsallarını 2024-cü ilin əvvəlində dayandırmağı planlaşdırır.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
593 556 524 457 508 472

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.