n2006

n2006 Maraqlı 8-04-2023, 18:00

Adi alasığırçın

Adi alasığırçın
Adi alasığırçın (lat. Pastor roseus) — Sığırçınlar fəsiləsinə aid quş növü.

Qısa təsviri
Lələklənməsinin əksəriyyəti çəhrayıdır. Başında kəkili vardır. Başı, boynu, qanadları və quyruğu qara rəngdə, metal parlaqlıdır. Cavan quşlarda kəkil olmur. Onların rəngi bozumtul-qonur, bədənin altı daha açıq rəngdədir. Sürü halında gəzirlər. Yerdə, ağaclarda və kollarda yemlənir. Çığırtısı və nəğməsi kəskin-cırıltılı və xırıltılı səslərdir

Yayılması
Arealı Avropa və Asiyadır. Cənub-Qərbi Asiyada qışlayır. Adətən Naxçıvanda və Talışın dağüstü çöllərində yuvalayır. Qobustanda, Şamaxı yaylasında, Acınohur-Ceyrançöldə və Kiçik Qafqazın dağətəklərində yuvalaması sabit deyil. Qalan rayonlarda çoxalmadan sonrakı köçmələr zamanı rast gəlinir [2].
Yaşayış yeri və həyat tərzi
Yarğanlı və qayalı açıq quru ərazilərdə məskunlaşır. Bəzən laq-da yuvalayır. Yuvasını yarğan və qaya yarıqlarında, saman və odun topalarında, bəzən isə birbaşa alaçıq döşəmələrində qurur. İyunda 4-5 göy yumurta qoyur. Çəyirtkə və başqa ziyanlı cücüləri məhv edir. Bəzi yerlərdə üzümlüklərə və başqa giləmeyvələrə zərər vurur

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
304 335 334 358 347 367

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.