ice berg

ice berg Maraqlı 8-04-2023, 20:31

Dünyanın ən yaşlı pişiyi Ginnesin Rekordlar Kitabına düşə bilər - FOTO

Dünyanın ən yaşlı pişiyi Ginnesin Rekordlar Kitabına düşə bilər - FOTO
İngiltərənin Norviç şəhərində 31 yaşlı Rozi adlı pişik dünyanın ən yaşlısı elan edilərək Ginnesin Rekordlar Kitabına düşə bilər.

Pişiyin sahibi 72 yaşlı Lila Brisset 1991-ci ildə onu bala ikən saxlamağa başlayıb. Yaşlı olmasına baxmayaraq, ev heyvanının bütün dişləri yerindədir. O, uzun ömründə cəmi iki dəfə baytar həkimə müraciət edib: 1990-cı illərdə sterilizasiyaya və 2018-ci ildə kistaya görə.

Rozinin iyunda 32 yaşı tamam olacaq. O, 2022-ci ildə Ginnesin Rekordlar Kitabı tərəfindən ən yaşlı pişik kimi tanınan Flossidən beş yaş böyükdür.

Brissettin dediyinə görə, Rozi bütün günü pəncərənin yanında yatır.
"Mən tez-tez onun sağ olub-olmadığını və nəfəs aldığını yoxlamalı oluram. Onun ölümü həyatımda böyük bir boşluq buraxacaq", - deyə heyvanın sahibəsi qeyd edib.


Dünyanın ən yaşlı pişiyi Ginnesin Rekordlar Kitabına düşə bilər - FOTO

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
408 472 411 420 409 493

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.