Allah bize yaxindi
Allah-Taala Qurani-Kərimin "Bəqərə" surəsinin 186-cı ayəsində buyurur:
وَإِذَا سَأَلَكَ عِبَادِي عَنِّي فَإِنِّي قَرِيبٌ أُجِيبُ دَعْوَةَ الدَّاعِ إِذَا دَعَانِ فَلْيَسْتَجِيبُواْ لِي وَلْيُؤْمِنُواْ بِي لَعَلَّهُمْ يَرْشُدُونَ
"Əgər Mənim bəndələrim səndən Mənim barəmdə soruşsalar, (de ki,) həqiqətən, Mən (hamıya) yaxınam, Məni çağıran zaman, Mən dua edənin duasını qəbul edirəm. Belə isə, Mənim dəvətimi qəbul etsinlər və Mənə iman gətirsinlər ki, bəlkə yolu tapdılar."
Bəziləri Allahın Rəsulundan (s) soruşurdular: "Allahı necə çağıraq? Allah bizə yaxındır, yoxsa uzaq? Onu yavaş çağıraq, yoxsa ucadan?" Onların cavabında bu ayə nazil oldu.
Dua edən kəs Allahın məhəbbətini elə cəlb edir ki, bu ayədə Allah Öz lütfünün izharı üçün yeddi dəfə "Mən" təbirini işlədir: Əgər Mənim bəndələrim səndən Mənim haqqımda söruşsalar, onlara de ki, Mən onlara yaxınam. Əgər Məni çağırsalar, Mən onların duasını qəbul edərəm. Belə ki, Mənə iman gətirsinlər və Mənim dəvətimi qəbul etsinlər...
Bu məhəbbətli əlaqə o zaman yaranır ki, insan Allahla münacat etmək istəsin.
Dua etmək külli varlıqla yoldaş və həmrəngdir. Quran ayələrinə əsasən, bütün varlıq aləmi təsbih və qünutdadır.[1] Bütün mövcudlar öz ehtiyacını Onun dərgahına izhar edirlər.[2] Biz də Ondan istəyək ki, varlıq aləmində ixtilaf vasitəsi olmayaq.