n2006

n2006 Maraqlı 13-04-2023, 10:00

Kivilər

Kivilər
Kivilər, qanadsızlar (lat. Apterygiformes) — tilsiz quşlar dəstəsi.

Qanadları zəif inkişaf etmişdir; quyruqsuzdur, ayaqları güclü, caynaqları itidir. Yumşaq lələkləri bədənini eyni dərəcədə örtür. Dimdiyi uzundur. Burun dəlikləri dimdiyinin ucundadır. Gözləri xırdadır. Kivilərin kütləsi 1,4—4 kq-a qədərdir. Kegə quşlarıdır. Yaxşı eşidir və qoxu bilir. 3 növü var. Yeni Zelandiyada yayılmışdır. Rütubətli həmişəyaşıl meşələrdə çox gizli halda yaşayırlar. Yuvasına və ya ağac kökləri altına 1—2 yumurta qoyur. 6—7 həftə kürt yatır. Bir həftəlik balalar sərbəst yemlənir. Cücülər, qurd, giləmeyvə ilə qidalanır. Yeni Zelandiyaya gətirilmiş itlər, pişiklər və s. heyvanlar kiviləri tələf etdiyi üçün sayı çox azalmışdır. Mühafizə olunurlar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
541 464 481 494 453 465

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.