KiBirLi_PrenS.

KiBirLi_PrenS. Məşhurlar 16-04-2023, 14:00

Məşhur türkiyəli müğənni sirr kimi saxladığı xəstəliyini açıqladı:

Məşhur türkiyəli müğənni sirr kimi saxladığı xəstəliyini açıqladı:
Zerrin Özer bu barədə "Instagram" hesabında paylaşım edib.

O, sərhədsiz şəxsiyyət pozuntusu (BPD - Borderline Personality Disorder - red.) xəstəliyi ilə mübarizə apardığını bildirib.

"Rədd olub getmək istəyirəm. Məni tanımırsınız, mən borderlayn xəstəsiyəm, bezdim artıq mənə damğa vurmağınızdan, bezdim bəzi quşbeyinlilərdən", - deyə o bildirib.

Xatırladaq ki, bir müddətdir gözlərdən uzaq həyat sürən müğənni Zerrin Özer 2022-ci ilin iyununda musiqini tərk etdiyini açıqladıqdan bir neçə ay sonra yenidən musiqiyə geri dönüb.

Qeyd edək ki, sərhədsiz şəxsiyyət pozuntusu insanın özü və başqaları haqqında fikirlərinə və hislərinə təsir edən, gündəlik həyatda problemlərə səbəb olan psixi sağlamlıq pozuntusudur. Bu xəstəlik duyğu və davranışları idarə etməkdə çətinlik və başqaları ilə münasibətlərdə qeyri-sabitlik kimi hallarla xarakterizə olunur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
561 527 575 465 512 461

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.