ice berg

ice berg Müxtəlif 17-04-2023, 23:55

𐍃᧐ᥒ 𐌽᧐ᴛ🪐

𐍃᧐ᥒ 𐌽᧐ᴛ🪐
Bax, çoxlu park var. Görürsən?
Ancaq hamısı yıxıq, sökük.
Əsla uşaq səsləri, təbəssümləri yoxdur. Yelləncəklərin ipləri qopub, sürüncəklər qırıq. Bir çox ev var burda. Hamısı xaraba, içləri xəyal qırıqlıqları ilə dolu. O qədər doludur ki, addım atmağa yer yoxdur. Görürsən? . Göy üzünün olmadığınında fərqinə varmış kimisən. Bax o göyüzü, üstümə yıxıldı mənim. Bu səbəbdən əsla günəş doğmur.
Bu da uşaqkən getmək istədiyim lunapark. Ama oyuncaqları işə salacaq kimsə yoxdur. Hamısı getdilər. Xoş , getməsəydilər belə oyuncaqlar qırıq, sökük həmişə. Nə quşlar uçur səma da, nə balıqlar var sularda. Fərq etdin mi? Bir ölüm səssizliyi çöküb küçə döngələrinə. Xəfif əsən bir külək, nə zaman yüksək bir binadan özümü atacaq olsam bir şeyləri xatırladan.. Bu, buralarda ki tək məzarlıq. Məzar daşlarında adlar yerinə duyğular və hisslərin yazıldığını görmüş kimisən.
Xəyallarım, ümidim, uşaqlığım, xoşbəxtliyim. Hamısı bu məzarda uyuyur mənim. Bu dünya bir daha əsla canlanmamaq üzrə başıma yıxıldı mənim. Və mən yıxılarkən buranı tərk edə bilmədiyim üçün indi əsla gedə bilmirəm.

𐍃᧐ᥒ 𐌽᧐ᴛ🪐

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
672 580 525 617 581 565

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.