n2006

n2006 Sevgi 22-04-2023, 16:30

Sevginin yaşı nə qədərdir?

Sevginin yaşı nə qədərdir?
Güclü sevgi orqanizm üçün güclü stress və ekstrimal hal deməkdir. Təəssüf ki, bu bioloji qanundur və ondan qaçmaq qeyri-mümkündür: sevgi 3 il davam edən kimyəvi prosesdir.

Qədim zamanlardan aşiq olmaq insanlara sağ qalmaq və nəsli davam etdirmək üçün vacib idi. Bizim əcdadlarımız üçün körpəni tək böyütmək, qida tapmaq və eyni zamanda yırtıcılardan qorunmaq çətin idi. İnsanları sevgi birləşdirirdi. 3 il sonra körpə böyüyür və insanlar öz işlərini özləri görür, artıq biri birindən asılı olmurdu. Və sevgi yavaş-yavaş tükənirdi.

3 il davam edən sevgi münasibətlərindən sonra hormon ifrazı zəifləyir və sinirlər hissiyatını itirməyə başlayır. Beyin normal fəaliyyətinə davam edir, insanların biri birinə qarşı emosional asılılığını təmin edən hormonların səviyyəsi isə düşür.

Bütün münasibətlər buna məhkumdurmu?
Alimlərin apardığı araşdırmalar göstərmişdir ki, insanlarda biri-birinə qarşı asılılıq yaradan hormonlar oksitosin və vasopressindir. Bu hormonların səviyyəsi insanlar qucaqlaşarkən, öpüşərkən və ya söhbət edərkən qalxır.

Bu səbəbdən də, münasibətinizin uzun müddət davam etməsini istəyirsinizsə, dinləməyi, güzəştə getməyi və nəvaziş göstərməyi bacarmalısınız.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
651 632 542 549 602 524

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.