ice berg

ice berg Maraqlı 26-04-2023, 22:51

Daun sindromlu ilk Barbi təqdim edildi

Daun sindromlu ilk Barbi təqdim edildi
Dünyada ilk dəfə Daun sindromlu Barbi gəlinciyi təqdim olunub.

Yeni oyuncaq ABŞ Milli Daun Sindromu Cəmiyyəti ilə "Mattel" şirkəti tərəfindən birgə hazırlanıb.

Təşkilatın prezidenti və nümayəndəsi gəlinciyin maketini "Good Morning America" televiziya şousunda nümayiş etdirib.

Milli Daun Sindromu Cəmiyyətinin sözçüsü Kayla MakKeon, özü də Daun Sindromunun daşıyıcısı kimi şirkətə məhsulun dizaynında kömək edib.

Verilişdə o, yeni gəlinciyin Daun sindromlu insanlar üçün xarakterik olan xüsusiyyətlərə malik olduğunu bildirib. MakKeonun sözlərinə görə, oyuncaq bestsellerə çevriləcək.
"Dostlarımın və həmyaşıdlarımın mənə bənzəyən bir gəlinciyi olduğunu görmək üçün səbirsizlənirəm", - deyə o, bəyan edib.

Tezliklə Daun sindromlu gəlinciklər satışa çıxarılacaq. Model 2022-ci ildə buraxılan "Barbie Fashionistas" seriyasının bir hissəsi olacaq. Burada həmçinin ayağı protezli Barbi və əlil arabasında olan Barbi də var.


Daun sindromlu ilk Barbi təqdim edildi

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
504 438 461 438 458 402

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.