n2006

n2006 Şeirlər 27-04-2023, 21:30

“Gedirsən nə deyim”

“Gedirsən nə deyim”
Gedirsən, nə deyim, nə söz söyləyim
Saxlaya bilmədim yolundan səni
Sənə inanmişdım, könül vermişdim
…Çox heyif, indicə tanıdim səni,

Sən mənim gözümdə uca bir dağsan
Əyilmə sevginin göz yaşlarına
Sübhələr qoymadı səni sevməyə
Yalandı… aldanma göz yaşlarına..

Dəlisov sevgim də, məhəbbətim də
Olmayıb, hamsını yalan demişəm
Baxma ki, indicə doldu gözlərim
Yəqin varlığına çox öyreşmişəm..

Qəlbinin yerinə bir daş bağla sən..
Bəlkə eşq önündə əyilə bildin!
Necə inanmışdım xoş sözlərinə…
Sən məni dəlilər kimi sevirdin..?

Sözlər, şerlər də bəs etmir mənə
Bu dərdi daglara danışsam azdır..
Bəxtim gözlərimin içinə baxıb
Ayağım altında bir quyu qazdı…

Bağışa söhbətim çox uzun çəkdi
Gedirsən yolundan etməyim səni
Taleyim beş günlük sevinəcəkdi..
İndi çalisacaq unutsun səni..

Indi nə etsən də, nə söyləsən də
Ovuda bilmərsən yanan qəlbimi
Özün öz əlinlə yıxdın bu eşqi,
Öldürdün, dərdindən ölən sevgimi…

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
592 532 484 445 489 549

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.