ice berg

ice berg Avto Dünya 28-04-2023, 19:50

“BMW XM 50e” təqdim edildi

“BMW XM 50e” təqdim edildi
"BMW” bir neçə gün əvvəl “XM” modelinin başlanğıc səviyyəli variantı olan “XM 50e”ni təqdim etdi. Avtosfer.az xəbər verir ki, “XM 50e”, “M760”də yer alan 563 at gücündən istifadə edir. Bu qurğu, həmçinin 801 Nm fırlanma anı hasil edə bilir.
Bavariya avtomobil istehsalçısının “XM 50e”ni sakit şəkidə elan edib. “XM 50e” haqqında təmtəraqlı bir açıqlama verməyən “BMW” modeli sədasız formada məhsul çeşidinə əlavə edib. “XM 50e”, 469 at qüvvəsi və 701 Nm fırlanma anı verə bilən seçimlə gəlir. Bütün bu texniki məlumatlar 3,0 litrlik altı silindrli turbomühərrikdən əldə edilir. Təbii ki, modelin elektromobil mühərrikini də nəzərdən qaçırmaq olmaz. “XM 50e”nin elektrikli mühərriki 197 at qüvvəsini özü istehsal edir.
0-100km/saat sürətlənməsini cəmi 5.1 saniyədə tamamlayan “XM 50e”ni bu model ailəsinin digər üzvləri ilə müqayisə etdikdə onlardan geri qalmadığını görürük. “BMW XM” 0-100 km/saat sürətlənməsini 4.1 saniyəyə gerçəkləşdirir.
“BMW”nin SUV modeli olan “XM”, “M760e” ilə eyni batareyadan istifadə edir. Belə ki, 22,1 kVt/saat batareya paketi “BMW”nin hər iki flaqman modelində istifadə olunur.
“BMW”nin radikal dizaynları bəziləri tərəfindən bəyənilməsə də, brendin sport dizaynının zənginləşməsinə kömək edir. “BMW XM” markanın yeni və radikal dizayn dilindən istifadə edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
498 496 544 464 488 469

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.