KiBirLi_PrenS.

KiBirLi_PrenS. Maraqlı 28-04-2023, 23:00

isiqlanma qursaqlari

isiqlanma qursaqlari
İşıqlanma qurşaqları — Yerin kürə formasında olması, öz ətrafında və Günəş ətrafındakı hərəkəti səbəbi ilə ayrı-ayrı sahələrinin vahid zaman çərçivəsində müxtəlif dərəcədə işıqlanması və istilik alması nəticəsində yaranan coğrafi hadisədir. Günəş şüalarının düşmə bucağından, gecə və gündüzün uzunluğundan, fəsillərin yaranmasından asılı olaraq Yer üzərində beş işıqlanma qurşağı ayrılır.

Bizim üçün adi hal olan fəsillərin əmələ gəlməsi və hər il eyni vaxtda təkrarlanması dünyanın bütün ərazilərində baş vermir. Fəsillərin yaranması başlıca olaraq orta enliklərdə müşahidə olunur. Bu hadisə Günəşin üfüqdə hündürlüyünün (şüaların düşmə bucağının) dəyişməsindən və onun Yer səthini qızdırmasında olan fərqlərdən yaranır.

Yerin Günəş ətrafında orbit üzrə meyilli hərəkəti zamanı onun səthi ilin müxtəlif vaxtlarında eyni səviyyədə işıqlanmır. Günəş şüalarının düşmə bucağı dəyişdiyinə görə fəsillərin əmələ gəlməsinə, gecəgündüzün uzunluğunun dəyişməsinə və temperatur şəraitinə görə fərqlənən ərazilər vardır. Bunları fərqləndirmək üçün Yerdə işıqlanma qurşaqları ayrılır.

Şimal və Cənub tropikləri arasında tropik işıqlanma qurşağı yerləşir. Bu qurşaq Günəş üfüqdə zenitdə olduğuna görə kifayət qədər işıqlanır və istilik alır. Ona görə havanın orta illik temperaturu 20 °C-dən yuxarı olur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
709 687 664 602 673 698

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.