KiBirLi_PrenS.

KiBirLi_PrenS. Maraqlı 29-04-2023, 08:30

Lənkəran təbii vilayətinin iqlimi

Lənkəran təbii vilayətinin iqlimi
Lənkəran təbii vilayətinin iqlimi ərazinin mürəkkəb relyefi, Xəzər dənizinin və cənubdan gələn hava kütlələrinin təsiri ilə formalaşır. Təbii vilayətdə günəşli saatların illik miqdarı 1900–2200 saat arasında dəyişir. Bunun təqribən 35%-ə qədəri yay aylarına təsadüf edir. Günəşli saatların illik gedişində iyul və ya avqust aylarında müşahidə edilən bir maksimum və yanvarda müşahidə edilən bir minimum qeyd edilir. Lənkəranda günəşli saatlar ən az (1900 saat), Lerikdə ən çox (2100 saat) müşahidə edilir. Günəşli saatların miqdarı dekabr-yanvar aylarında 95–130 saat, iyul-avqust aylarında isə 250–300 saata çatır.[1] Təbii vilayət daxilində ümumi günəş radiasiyasının paylanması da müxtəlifdir.[2] Lənkəran ovalığında və dağətəyi zonada onun illik kəmiyyəti 130 kkal/sm2-a, 300–400 m yüksəklikdə bir qədər azalaraq 125–128 kkal/sm2-a çatır. Bu yüksəklikdən başlayaraq onun kəmiyyəti çoxalır və təqribən 1000 m-də 135 kkal/sm2, 2000 m-də isə 140–145 kkal/sm2 olur. Ümumi günəş radiasiyasının illik gedişində iyun və ya iyulda bir maksimum (18–19 kkal/sm2) və dekabr və ya yanvarda müşahidə edilən bir minimum (5–6 kkal/sm2) nəzərə çarpır. Burada hündürlüyə doğru qış aylarında ümumi günəş radiasiyasının artması, yay aylarında isə azalması nəzərə çarpır. Belə ki, Lənkəran zonal (dəniz səviyyəsindən 37 m yuxarı) meteoroloji stansiyasında dekabr-yanvar aylarında bu göstərici 4,5–5,1 kkal/sm2 olursa, Lerikdə (d.s.-dən 1115 m yuxarı) 5,1–6,1 kkal/sm2-a çatır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
499 518 439 447 412 451

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.