KiBirLi_PrenS.

KiBirLi_PrenS. Müxtəlif 30-04-2023, 12:30

Cəmiyyətimizdəki məntiq çatışmazlığının səbəbi

Cəmiyyətimizdəki məntiq çatışmazlığının səbəbi
intellektual bir inqilab idi.

Maddi dəyərlər kimi mənəvi dəyərlərin də öz ölçüləri var. Maddi dəyərlər üçün meyar "az və çox"dur, mənəvi dəyərlər üçün isə "yaxşı və pis". Məsələn, bir qram qızıl azdır, bir kiloqram qızıl çoxdur. Eləcə də, pis vicdan az yaxşı olandır, yaxşı vicdan çox yaxşı olan. Yəni əslində "pis" deyə bir şey yoxdur, "az yaxşı olan" var.
İnsan üçün ölçə bilmədiyi şey mövcud deyildir. İstər maddi olsun, istər mənəvi.

Bertrand Rasselin tanrı və çaynik müqayisəsindən çıxan nəticə budur ki, insanlar bu və ya digər formada ölçə bildiklərinə tanrı deyirlər. Var olan tanrı insanın ölçə bildiyi tanrıdır. Ölçülməsi mümkünsüz tanrı peyğəmbərlərin özü üçün də yoxdur.

Bir ateistin yoxdur dediyi tanrı da ölçülməsi mümkünsüz olan tanrıdır. Onun "yoxdur" dediyi tanrı cild-cild kitabları, sinaqoqları, kilsələri, məscidləri, milyonlarla fanatı olan tanrı deyil.

Rasselin çayniklə müqayisə etdiyi, ölçülə bilən tanrı və tanrılar həmişə var, həmişə də var olacaq.

Ölçülə bilməyənin var olması mümkün olmadığı kimi, ölçülə bilənin də yox olması mümkün deyidir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
492 501 422 429 449 460

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.