“Sonunu izlə”
Kino çəkdirmişəm həyatımızdan,
Baş rolu sənindir,sonunu izlə.
Gözlə başlayacaq indi birazdan
Mənası dərindir,sonunu izlə
Yığmışam ən qatı aktyorları,
Bizim sevgimizə sərt olanları,
Demişəm ‘rejissor öldür onları’
Gör necə sirindir, sonunu izlə
Nələr etdiyini incələtmişəm
Nədən getdiyini həsr elətdirmişəm
Qəmli bir mahnı da bəstələtdirmişəm
O sənin qəmindir,sonunu izlə
Bax necə aşmısan sən öz həddini,
Özüm söləmişəm sujet xəttini,
Bu yerdə əyəcəm sənin qəddini,
Kim kimə qənimdir, sonunu izlə…
Taparsan hər şeyin düzünü orda,
Bəlkə də tanıdın ğzünü orda,
Deyib qaçanmarsan sözünü orda,
Senari mənimdir, sonunu izlə…
Baş rolu sənindir,sonunu izlə.
Gözlə başlayacaq indi birazdan
Mənası dərindir,sonunu izlə
Yığmışam ən qatı aktyorları,
Bizim sevgimizə sərt olanları,
Demişəm ‘rejissor öldür onları’
Gör necə sirindir, sonunu izlə
Nələr etdiyini incələtmişəm
Nədən getdiyini həsr elətdirmişəm
Qəmli bir mahnı da bəstələtdirmişəm
O sənin qəmindir,sonunu izlə
Bax necə aşmısan sən öz həddini,
Özüm söləmişəm sujet xəttini,
Bu yerdə əyəcəm sənin qəddini,
Kim kimə qənimdir, sonunu izlə…
Taparsan hər şeyin düzünü orda,
Bəlkə də tanıdın ğzünü orda,
Deyib qaçanmarsan sözünü orda,
Senari mənimdir, sonunu izlə…







