n2006

n2006 Şeirlər 4-05-2023, 00:30

“Biz yenə xəbərsiz görüşəcəyik”

“Biz yenə xəbərsiz görüşəcəyik”
Aylar da, illər də keçəcək, bəlkə,
Biz yenə xəbərsiz göruşəcəyik !
Ürəkdə gizlice dərd cəkə-cəkə
Biz yenə xəbərsiz göruşəcəyik !

Üzündə bir sevinc hiss olunsa da,
Dərdinin dərmanı çox bulunsa da,
Lap yolun yolumdan çep salinsa da,
Biz yenə xəbərsiz göruşəcəyik !

Bir-birin qəlblərdən silənə kimi,
Qəlblərə yeni bir eşq gələnə kimi,
Nə qədər gec olsa, ölənə kimi,
Biz yenə xəbərsiz göruşəcəyik!

Sevgimdən nə qədər olsan da qaçaq,
Birgə gunlərimiz yadda qalacaq.
Məni səvməsən də, bil ki, sən, ancaq,
Biz yenə xəbərsiz göruşəcəyik !

Ayri məkanlarda qalsaq da belə,
Bir dəfə göruşüb tutduq əl-ələ.
Nə qədər ki variq, biz sağiq hələ,
Biz yenə xəbərsiz göruşəcəyik !

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
475 556 520 466 551 498

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.