Ays

Ays Maraqlı 2-05-2023, 23:12

Psixika nədir?

Psixika nədir?
Psixika obyektiv aləmin subyektiv inikasıdır (surətidir).
Bunu sadə bir misalla aydınlaşdıraq.Tutaq ki, bir insan saçını düzəltmək üçün güzgüyə baxmalıdır. Güzgü qarşısında dayananda güzgüdə onun əksi alınır. Bu, mexaniki inikasdır, lakin buna baxmayaraq inikas üçün səciyyəvi olan ən ümumi xüsusiyyətlər bu misalda aydın görünür.
1.Əgər insan olmasaydı onun güzgü qarşısında əksi alınardımı? Əks olunan, yəni insan-birincidir, əks edən, yəni güzgüdəki şəkil-ikincidir.
2.Əks edənlə əks olunan arasında səbəb asılılığı mövcuddur. Məsələn, insan sağa dönəndə şəkil də dəyişir.
3. Güzgüdəki şəkil həmin insana oxşayırmı? Bəli, oxşayır. Bu, o deməkdir ki, əks edənlə əks olunan arasında oxşarlıq mövcuddur. Onlardan biri digərinin surətidir, şəklidir, obrazıdır.
Görəsən, obyektiv aləm insanın da beynində güzgüdə olduğu kimi əks olunurmu? Nəzərdən keçirdiyimiz xüsusiyyətlər inikasın bütün formaları üçün səciyyəvidir. Lakin cansız təbiətdə, bitkilər aləmində, heyvanlarda və nəhayət, insanlarda inikas keyfiyyətcə müxtəlif formalarda özünü göstərir.
Cansız təbiətdə inikas passiv xarakter daşıyır; cansız aləmdə bir cismin təsiri ilə o biri cisimdə yaranan dəyişikliklərdən cisimlər özləri istifadə etmirlər. Canlı aləmdə isə onlardan artıq özünü hifzetmə, özünü tənzimetmə məqsədilə istifadə olunur. Sinir sisteminin yaranması və inkişafı ilə birlikdə sözün əsl mənasında psixi inikas əmələ gəlməyə və inkişaf ətməyə, orqanizmin ətraf mühitə bələdləşməsində və öz davranışını tənzim etməsində mühüm rol oynamağa başlayır.
Yəni psixika xüsusi surətdə təşəkkül etmiş materiyanın xassəsidir. Materiyanın mahiyyəti deyil, xassəsidir. Həm də hər cür materiyanın yox, xüsusi surətdə təşkil olunmuş, yəni üzvi materiyanın-beynin xassəsidir.
Deməli, beynin funksiyası olmaq etibarilə psixika inikasın xüsusi forması kimi meydana çıxır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
748 738 695 657 680 672

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.